
Deyək ki, siz yazmağı sevirsiniz və ilk kitabınızı çap etmək üçün büdcəniz yoxdur. Ya da kitabınızın bazarda hansı aqibətlə qarşılaşacağını ehtimal etmək sizin üçün çətindir. Ən maraqlı yollardan biri elə freemium və ya kraudfundinq-dir. Ağlınızda bir hekayə və ya mövzu var. Bu hekayə və ya mövzunu hansı mərhələlər gözləyir?
Başlayaq.
Əlyazma mərhələsi
Korrektə redaktə mərhələsi
Son oxunuş və tərtibat mərhələsi
Çap mərhələsi
Təqdimat və satış mərhələsi
İlk mərhələ ən çətin mərhələdir. İnsan özünü məcbur edib əlyazmanı bitirməlidir. Bir çoxumuz ilk 3 səhifədən sonra təslim oluruq. Bununla da klassik hekayəmiz yazılmış olur. İstək var amma güclü deyil.
Əlyazma mərhələsində 10-12 nəfər qərəzsiz oxucu tapmaq vacibdir. Ya da sosial şəbəkədə auditoriya yaratmaq lazımdır. İnsanlar sizin imzanı dadmağa başlamalıdır. Bu mərhələ sizin üçün həlledici rol oynayır. Ya sizi bəyənirlər ya da qeyri-müəyyən bir sakitlik dövrü başlayır. Bu o deməkdir ki, nə isə düzgün şəkildə edilmir. Nə isə çatmır. Gözəl və təsirli yazmaq özü illər ala bilər. Öyrənmək üçün resurslar çoxdur. Ya da üzləşmək çətin gələ bilər. İstedad yoxdur. İnsan istedadlı olmadığını anlayan zaman onun içinə əvvəl kədər daha sonra isə rahatlıq gəlir. Özünü başqa bir işə yönəldir.
Sizin əlyazma əladırsa onu alıb oxumaq istəyəcəklər. Önsifariş məsələsi bu zaman yaranır. Sizin yazını almaq istəyən kəs onlayn ödəniş edəcək və müəyyən müddət gözləməyə razılıq verəcək. Bu məsələ alınmırsa o zaman ilk mərhələyə qayıdın. Növbəti mərhələ isə yaxşı nəşriyyat evini tapmaqla düzəlir. Yaxşı nəşriyyat evini tapmaq üçün yaxşı olmayanlarla iş görəcək və yetişəcəksiniz.
Nəşriyyat evləriylə 2cür işləmək olur:
Əl yazma sizdən hər şey onlardan.
Əl yazma və çapa qədərki hər addım sizdən bircə çap onlardan.
Ölkədə 4-5 mətbəə və 20+ nəşriyyat evi var. Yəni 4-5 iri çap maşını və 20+ vasitəçi var.
Onlara yaxınlaşan zaman əlinizdə konkret kitab nümunəsi ilə gedib və rəqəmləri dəqiq bilin.
Məsələn:
Kitabın üz qabığı standart 300 qramlıq kağız olur.
Yaxşı daxili səhifə 60 qram və daha ağır olur.
Kitabın rəngli və ya rəngsiz olması onun qiymətinə təsir edir.
Səhifə sayı qiymətə təsir edir.
Dizayn, korrektə və redaktə etmək üçün düzgün insanlar tapın. Kitab evlərinə gedib kitabları incələyin və orada həmin kitabları redaktə, korrektə edən kəslərin adlarını tapın.
Mənim ilk seçimim və uzunömürlü seçimim Nərmin Nöqtə oldu.
Kitabları 4 ayrı mətbəə ilə çıxarmışam. Bahalı və keyfiyyətli kombinasiya NUR nəşriyyatıdır. Parlaq İmzalar, Mimta Yayınları tipli kitablar oradan çıxır. Qanun Nəşriyyatı Sədərək kimidir. Mənə son 3-4 ildə əsasən Bookzone komandası və Seymur Tağıyev kömək edib. 9 ildə 9 kitabımın başına onlarla maraqlı əhvalat gəlib. Kitablar bugün çox fərqli bir həyat yaşayır.
Amma hər şey əlyazma ilə başlayır. Digər mərhələləri keçmək üçün etibar edə biləcəyiniz insanlar tapın. Bu yazını ona görə yazdım ki, sizin də bir xəritəniz və addımlar planı olsun.
Satış və təqdimat işi də mürəkkəbdir. Kitab evlərindən mərhəmət gözləməyin. Yazanda sevinirsən ki, bitdi. Amma əsas iş elə satış mərhələsində başlayır.
Bu işə başlamaq istəyənlər üçün vacib məlumat:
Dünyadakı yazı yazanların 90%-i həyatı boyu 200 nüsxədən çox satış edə bilmir. Bu ağır həqiqəti bilərək işə qoyulun.
Marketinq və satış olmasa Homo Sapiens bugün İsraildən kənara çıxa bilməyəcək bir kitab idi. Hər işi bilənə təslim etmək vacibdir. Özüm edərəm deyib işi hər yerinə bulaşdıran tanışlarım az deyil.
Amma sizə yaxşı xəbərim var.
Maraqlı gəlsə və davamını istəsəniz kofe alın və mesaj hissəsində “2-ci hissə” yazın. :)