Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Coşqun Kərimov
  • Hərə Bir Şey Deyir
    Coşqun Kərimov
  • 53 Views
  • 14.08.2025
  • 4 min read

Hərə Bir Şey Deyir

Hamı bu dünyanı başa düşdüyü kimi izah etməyə çalışır. Amma bir məsələ var ki, bu dünya hərkəsin başı üçün deyil. Lazım olan başı olanlar da o qədər məşğuldur ki, kiməsə nəsə izah etməyə həvəsləri yoxdur.

Hərə Bir Şey Deyir

Hərə bir şey deyir. 

Hamı bu dünyanı başa düşdüyü kimi izah etməyə çalışır. Amma bir məsələ var ki, bu dünya hərkəsin başı üçün deyil. Lazım olan başı olanlar da o qədər məşğuldur ki, kiməsə nəsə izah etməyə həvəsləri yoxdur. 

Bəs bu ümumi kütlə nağarsın? Kimin ümidinə qalaq? Dəllallar və tacirlər bizi soydu və lüt qoydu. Hərə bir məsləhət verir. O qədər məsləhət verirlər ki, sən də həvəsə gəlib bunu etmək istəyirsən. 

Yadıma hərbi hissəmizdə olan ilk günlərim düşdü. Yeni gəlmiş əsgərlərə təpinib deyirdilər ki, gecə vaxtı 12-dən sonra açıq havada olan tualetə kimsə getməsin. Əgər getsələr peşman olacaqlar. Bir sözlə gözümüzü qorxudurdular. Düşünürdüm ki, məntiqlə düz alınır. Əgər hamıya deyilibsə deməli ora heç kim getməyəcək. Belə çıxır ki, 12-dən sonra ora getmək ən yaxşı seçimdir. Belə də edirdim. Neçə ay mən ora gecə vaxtı gedib daxil olsam da bir dənə köpəkoğlunu görmədim. Sakitcə çöməlib uzun yollara baxdım. Hərbi hissənin ən maraqlı hissəsi bizim açıq havada olan tualet idi. İzah edim niyə?!

Düşünün ki, Stalinin dövründə tikilmiş daş tualetin divarları bir-birindən küsüb və ayrı düşməyə fürsət axtarır. Çox keçmir ki, qabaq tərəfin divarı tam sökülür və düşür. Hərbi hissənin yanında iri əkin sahəsi və sahədən arxada da uzun magistral yolları var. Orada çalışan kəndlilərə görə günorta vaxtı nəsə etməyə utanırsan. Utanmaqdan yorulub, bezib gedib nəsə edirsən. Amma əsas məsələ bu deyil. Əsas məsələ həmin yolların üstündə şütüyən iri avtobusların Bakıdan gəlib Bakıya qayıtmasıdır. Onlara baxıb evin həsrətini çəkirsən. Gecələr isə avtobusların işığı və səssizlik qarışır. Yadımdadır ki, belə gecələrdə yanıma hərbi hissə ərazisində yaşayan itlər gəlib fikirli-fikirli baxardı. Yenə bu oğlan uzaqlara baxıb durub gedəcək. 

İtlərdən olsa mənə həyatı daha sadə bilməyi məsləhət görərdilər. Deyərdilər ki, vaxt gələr darıxdıqlarından uzaq durmağa can atarsan. Deyərdilər ki, insanlar zamanla dəyişir. Elə sən özün öndə gedənisən bu dəyişənlərin. Gör necə qəddarlaşmısan. Daha ətir kağızı paylayanlardan kağız götürmürsən. Dilənçilərdən uzaq durursan. Qonşulara salam vermədən keçirsən. Nədir bu vəziyyət? 

Məni dəyişdirən hərənin bir şey deməsi oldu. Hərkəs sənə həyatı məhz onların gördüyü kimi görməyi məsləhət görür. Hərkəs özündə olanı kənara qoyub sadəcə rəndələnmiş halınla mövcud olmağı tələb edir. Amma yaş artıq 40-ı keçib. Bağça, məktəb, universitetdə, işdə olan nağıllar daha keçmir, işləmir. Sən anlayırsan ki, şaxta baba yoxdur. Amma eyni zamanda görürsən ki, əyninə zorla qırmızı kostyum geyindirirlər ki, “ho ho ho-nu” sən deyəsən. Belə olmur dostlar.

Bəs sən nə deyirsən? 9 kitab bəs etmir. Yüzlərlə yazı bəs etmir. Bu qədər iş bəs etmir. Demək istədiklərimi bir cümləyə toplasam nə olacaq? 

“Başına gələn başmaqçı olur.”

Başıma gələnlər məni yaman tərbiyə etdi. Türklərin başarı sözü var ha yamandır. Başarmaq. Sanki səndə bir şey alınsın deyə başın daşdan daşa dəyməlidir. Başarmaq üçün başlamaq və başmaqçı olmaq şərtdir. 

Sizə deyilənlərə diqqət yetirin. Başmaqçılar danışırsa qulaq asmağa dəyər. Amma bu o demək deyil ki, sizin başmaqlar onların başmaqlarına birəbir bənzəməlidir. 

Harda qalmışdım? Gecə vaxtı avtobus işıqlarını Bakıya tərəf ötürən zaman düşünürdüm ki, mənim bu yerdə nə işim var və bu vaxt niyə uçmur? Sonra gördüm ki, vaxt insanla məzələnmək üçün işləyir. Ən şirin anları üst-üstə yığ 2-3 dəqiqə alınır. Acılı olanlar isə 20-30 il çəkisindədir. Bu nə tərəzidir? Bu hansı baqqaldır belə?

Sınaq və imtahan imiş.

Nə oldu bu imtahanın ən çətin sualları elə bizə tuş gəlirmiş?

Arada bildiyimiz şeyləri də soruşun da?! 

Elə hey yolda öyrən, yolda öyrən!

Bu uzun və incə yolları gedərkən barmaqlarımla ərsəyə gətirdiyim uzun və incə cümlələri düşünürəm. Bu cümlələrlə mən bir tələbə kimi üsyan edib, sualın cavabı əvəzinə öz bildiyim cavabları yazıram. Əsas odur ki, kağız dolsun. Bir də gördün müəllim mərhəmətə gəldi. Doldur getsin. 

Other posts

Yaz Görək 21 Marafonunda Misogi vaxtı

Yaz Görək 21 Marafonunda Misog

  • 129 Views
  • 08.08.2025
  • 5 min read
Bircə fikir kifayət edir ki, ruhumuzu kirli etsin. Hər insanın daxilində onu illərlə incidən və çıxarılmağı gözləyən bir tikan var. Misogi ritualı ilə ...
Public
More
Məktub 22

Məktub 22

  • 42 Views
  • 07.08.2025
  • 3 min read
Əgər insanın hər şeyi varsa nə üçün səni axtarsın? Məni bu qədər sual ilə baş-başa qoydun. İndi onlara cavab axtara-axtara vaxt keçirirəm. Ömrümdən ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.