Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Coşqun Kərimov
  • Dincəlməyi Bacarmayan Adam
    Coşqun Kərimov
  • 383 Views
  • 12.06.2025
  • 3 min read

Dincəlməyi Bacarmayan Adam

Uzun müddət belə bir adamdan yazmaq istəyirdim. Getdikcə ona oxşamağa başladığım üçün güc tapıb yaza bilmirdim. Həmişə bir iş çıxırdı. Elə bu adam kimi nəfəs almaq üçün vaxtım olmurdu.

Dincəlməyi Bacarmayan Adam

Uzun müddət belə bir adamdan yazmaq istəyirdim. Getdikcə ona oxşamağa başladığım üçün güc tapıb yaza bilmirdim. Həmişə bir iş çıxırdı. Elə bu adam kimi nəfəs almaq üçün vaxtım olmurdu. 

Belə bir adam var. Dincəlməyi bacarmır. Nə zaman fürsət yaransa həmin fürsəti əliylə özündən uzaqlaşdırır. Çalışır ki, bir də belə bir fürsət yaranmasın. Soruşanda ki, dərdi nədir, adam deyir ki, onun qayğıları çoxdur. Axı qayğılar bizim hamımızda var!? Amma bu adamın qayğıları fərqlidir. Onun üçün yola çıxmaq, yolu getmək və məntəqəyə çatmaq qayğıdır. Yolda və “istirahətdə” olduğu müddətdə dincəlmək əvəzinə daha da artan templə təşvişə düşür. Getmək bir işgəncədirsə qayıtmaq da ikinci işgəncədir. Bu adam çox düşünür. Elə də bir ölkədə yaşayır ki, onun üçün ideal mühit qurulub. Beyni bir an belə olsun dincələ bilmir. 

Öz qayğıları azmış kimi digər insanların qayğılarını da öz öhdəsinə götürür. Bunun bir mənəvi borc olduğunu düşünür deyərdim amma o qədər yorğundur ki, mənəviyyat klapanına hava çoxdandır ki, getmir. Robot da deyil. Arada orası-burası ağrayır amma adam buna məhəl vermir. Bilir ki, harasa xarab oldu onu müalicə edəndə uzanmaq yəni dincəlmək lazımdır. Adam özünü 90-cı illərin Mersedes və ya Toyota markalı maşınları kimi aparır. Ustasız işləyir və hara qədər ömrü varsa ora qədər gedir. Amma ömrünü sorğulamaq üçün dincəlməli olduğunu anlamır. Bir ömrü necə başa vurmaq lazımdır?

Aytmatov da deyir ki, bu dünyadır. Dünyada mütləq hansısa iş yarımçıq qalacaq. Məsələn bu yazı da yarımçıq qalacaq. Çünki, Koani adlı bir uşaq barəsində yazmalıyam. Onun ürəyi yaşadığı torpaqların ərazisi və nənə-babasının sevgisi boydadır. Bu uşaq da bir missiya arxasında gedəcək. Onun sönməkdə olan şəhərini xilas etməlidir. Lumanın işığını geri qaytarmalıdır. 

Dincəlməyi bacarmayan insan üçün isə narahat olmağa dəyməz. Adətən səhhəti onu elə söndürür ki, məcbur qalıb dincəlir. 2-3 il fasilə verir və yaşadıqları, böyük görünən əslində heç bir əhəmiyyət daşımayan qayğıları gözlərinin önündən keçir. Arada pəncərədən kənara baxır. O, dayansa da şəhər insanları dayanmayıb. Yenə kimlərsə harasa qaçır və ya haradansa tələsik şəkildə qayıdırlar. 

O isə dayanıb və həyatının indiki mərhələsini dərk etməyə çalışır. 20-30 il işləyən Mersedes və ya Toyota indi nə etməlidir? Onları belə düzəldən mühəndisləri günahlandırmaq da əbəsdir. Onlar artıq ağıllanıb. Dəymə-düşər maşınlar istehsal edirlər. Elə insanlar da elə olub. Dəyirsən düşür. 

Yay gəlir ki, biz dincəlməyə çalışmalıyıq. Amma əksəriyyətimiz bilir ki, səs kirliliyi, qiymətlər, məkanlar, insanlar daha eyni deyil. Çox fərqli bir mühit yaranıb. Koani adlı uşağın tanıyıb bildiyi Lumadan əsər əlamət yoxdur. İşıq sönüb. Xatirələrin işığı isə közərtilərin icazə verdiyi qədər davam edəcək. 

 

Other posts

Sakit Şənbə Günüm

Sakit Şənbə Günüm

  • 25 Views
  • 03.05.2026
  • 5 min read
Bildiyim odur ki, mən də bir yol gedirəm. Hərdən elə gəlir ki, tək gedirəm. Hərdən onun səsi eşidilir. Halıma gülürmü, yanırmı deyə bilmərəm. Amma ona ...
Public
More
Guilt of Reading

Guilt of Reading

  • 62 Views
  • 24.04.2026
  • 2 min read
I prefer the other type of guilt. Guilt of enjoying the book too much. Almost to a point where you know that author will not deliver for this long. Or ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2026 a BONPARA project. All rights reserved.