“Michelin Ulduzu” Nədir

Dünyada restoran sənayesinin “Oscar”ı


169 baxış
31.10.2025
1 dəq oxuma

“Michelin Ulduzu” Nədir

Michelin əvvəl təkər satan bir şirkət idi və satışlarını artırmaq insanları yola çıxmağa həvəsləndirməli idi.Beləcə “Michelin Guide” adında bir bələdçi yarandı – səyahət edənlər üçün restoran bələdçisi.
Zamanla o bələdçi o qədər gücləndi ki, “Michelin Ulduzu” dünyanın ən nüfuzlu kulinariya simvoluna çevrildi.

Təkərlər üçün başlayan hekayə, indi yeməklərin taleyini müəyyənləşdirir.

Bu, kontent marketinqin tarixdəki ən uğurlu nümunələrindən biridir.

Ulduzların Mənası

Ulduz sayı 
1 ulduz - “Çox yaxşı restoran” — kateqoriyasında ən yaxşısı 
2 ulduz - “Mükəmməl yemək” — yolunu dəyişməyə dəyər 
3 ulduz -“Əfsanəvi səviyyə” — xüsusi səyahət etməyə belə dəyər 

Bu ulduzları kimlər verir?

Michelin-in gizli müfəttişləri anonim şəkildə restoranlara gedib:Yeməyin keyfiyyətini,Dad balansını,Texnikanı,Kollektivin sabitliyini,Müəyyən bir “emosional təəssüratı” qiymətləndirirlər.

Michelin Ulduzu — dünyada restoran sənayesinin “Oscar”ıdır.