Nike yenə sərhədləri aşır. Mind 001 – markanın ilk “mind-altering”, yəni zehni aktivləşdirən ayaqqabısı – artıq təqdim olunub.
Bu modelin fərqi yalnız dizaynında deyil, elmə söykənən texnologiyasında gizlidir.
Elm nə deyir?
Araşdırmalara görə, Mind 001 ayaqqabısının quruluşu beynin sensor korteksini aktivləşdirir – yəni geyindiyin an bədənlə zehn arasında əlaqəni gücləndirir.
Nəticədə daha fokuslu zehin, daha “indiki an”da qalmaq hissi və pre-game (idman öncəsi) hazırlıqda mental balansı qoruyur.
Bu artıq sadəcə idman geyimi deyil — zehni performansı artıran təcrübədir.
Mind 001 Nike-ın “bədən və zehin” strategiyasını yeni mərhələyə daşıyır.
Marka idmanı təkcə fiziki deyil, psixoloji hazırlıq kimi təqdim edir.
Beləcə, brend texnologiyanı emosiyaya, məhsulu isə təcrübəyə çevirir.