Salam, Dostlar
Mən burada yeniyəm və sizə ilk post-umu yazıram..🫶🏻
Mənə ən çox verilən sual.. Niyə kofe deyil, məhz Çay??? 🤔Hər kəsin həyatda ən böyük bir Uğur hekayəsi vardır. Mən də düşündüm ki sizinlə ən böyük uğur hekayəmi paylaşım.
“Bir Fincan Çay” ☕️
Dostlar,
Mən 12 il əvvələ kimi çox assosial biri olmuşam. Məni tanıyan heç kəsin buna heç bir halda inanması mümkün olmur. Dinamik,ünsiyyəti,gəzməyi,əylənməyi bir sözlə yaşanılacaq hər bir şeyi sevən insan necə assosial ola bilər axı..?🫤
12il əvvələ kimi ətraf və böyüdüyüm mühit məni özünə çox qapanıq,assosial olaraq yetişdirmişdi. Mən bu qəlibi universitet vaxtlarımda yırtıb atdım. Təbiiki heçdə asan olmadı. Uşaq vaxtından belə böyüyən biri birdən birə necə dəyişə bilər axı..?🙄
Universitetdə hər həs dostları ilə əylənərkən mən dərs saatım bitən kimi qorxaraq evə qaçırdım.. ancaq məndə ünsiyyət qurmaq,dostluq etmək istəyirdim.. ahh bu qorxu hissi..(( 🫤
Bir gün Evə gedib güzgüyə baxıb , Axı mən niyə beləyəm..?? 😪 Sualını özümə verdim..
Sanki bir an silkələndim.. yenə sual verdim..
Axı mən bu deyiləm..🥺 Tək,hərkəsdən uzaq olmağı sevmirəm. Bəs niyə sevmədiyim bir şeyi edirəm. Niyə əsl MƏN ola bilmirəm..(artıq özümü sorğulayırdım)🧐
Sonra düşündüm bəs mən necə edə bilərəm?🙄
Yazşısı dərs çıxışı yaxınlaşıb söhbət edim🤔 Bəs mənlə söhbət etmədən çıxıb getsə..?😮💨 -Yoox bunu etməyim (qorxu hissi)… …. ….. ….,
Ən yaxşısı kantinə düşüb izləyim, bəlkə fürsət yaranar söhbət edərəm. 🤗 Bəs kantində nə edəcəm saatlarla boş-boşuna? Yaxşısı Bir Fincan Çay alıb əyləşim. 🤭Elə düşünsünlər ki çay içmək üçün gəlmişəm🫣
Və hər gün kantində saatlarla saysız Bir Fincan Çay ☕️ içərək hər kəslə ünsiyyət yaratmağa başladım. Çay aldıqca Kafeteryanlar, işçilər, tələbələr,müəllimlər..🥰
Hər çayda artıq yeni insan, yeni ünsiyyət,motivasiya… 😍
Bir sözlə Bir Fincan Çay- Bir Uğur demək idi💫
Beləliklə artıq Əsl Mən- Görünməyən Mən ortaya çıxdı✨💫
Bundan sonra Bir Fincan Çay mənim ən böyük vərdişim, ən çox istifadə etdiyim,sevdiyim içki -ƏN Böyük Uğurum oldu!🏆🥇
Və mən hələdə gün ərzində saysız Bir Fincan Çay içirəm 😻
Səndə sevdiyin insanları və məni sevindirmək istəyirsinsənsə “Bir Fincan Çay” ısmarla ☕️💫
Düzdür inanıram ki xarakter dəyişmir nisbətən inkişaf etdirə bilərsən ancaq sənin görülməyən və səndən asılı olmadan ortaya qoya bilmədiklərin var ki onuda ortaya çıxarmaq, məhz inkişaf etdirmək Sənin əlindədir.
Bir sözlə Özünün Rəssamı Sənsən! 🏆Beynin isə Fırçan!🎨
….. Növbəti postum isə bununla bağlı olacaq..
Əziz Dostum🫶🏻 sənədə növbəti post maraqlıdırsa Dəstək olmağı unutma ..👇🏻