
Hamımızı xoş gördüm. Burada yeni olduğum üçün hələ ki, platforma ilə tam tanış deyiləm. Amma qısaca özümü tanıtsam,
- adım Fidandır. Yeniyetməlikdən bəri düşüncələrimi yazıram və kitab oxuyuram. Özümü tanımaq, niyə beləyəmi tapmaqdır dərdim.
- Ən sevdiyim yazıçı Ceyn Ostindir.
- Hind və İran filmlərindən ötrü ürəyim gedir.
- Astrologiyaya yaxın olmasam da, arabir bürcümlə bağlı məlumatları oxuyuram.
- Zehnimi sakitləşdirən məşğuliyyətlər su ilə oynamaq, quş səsi eşitmək və saçımı kəsməkdir.
Hələlik bu qədər bəsdir, məncə. Ardı növbəti dəfələrə qalsın. Görüşərik.