Java proqramını nəzərdən keçirdikdə, bunu bir-birinin metodlarını çağırmaqla ünsiyyət quran obyektlər toplusu kimi anlamaq olar. İndi sinif (class), obyekt (object), metodlar (method) və nümunə dəyişənlərinin (variable) nə demək olduğunu qısaca nəzərdən keçirək.
(Hər biri haqda qarşıda məlumat veriləcək)
Bəzi nümunələrə nəzər salaq:


Bu kodu işə salanda nəticə belə olacaq:

Amma hamısını bir metodun içində yazsaq:

Bunu işə salanda isə nəticə belə olacaq:

Bir də buna oxşar olan print() metodu var. println() metodu əgər yazıları alt-alta çap edirsə, print() metodu ayrı-ayrılıqda çap olunan yazıları belə bir sırada çap edir:

Nəticəsi belə olur:

Yəni print olanda sadəcə çap edir, amma print line olanda sətr-sətr çap edir. Əgər biz print() metodundan istifadə etmişiksə, bu nümunədə olduğu kimi ilk yazının sonuna boşluq işarəsi qoymaqda fayda var ki, yazılar birləşməsin, daha səliqəli görünsün.
println() metodundan ədədləri çap etmək üçün də istifadə olunur, bu zaman isə mətndən fərqli olaraq, dırnaq işarəsi yaxud hər hansı başqa bir işarə qoyulmur, ədəd birbaşa yazılır:

Bunu işə salanda isə sadəcə ədədlər olduğu kimi çap olunur:

Bu funksiyadan hesablayıcı olaraq da istifadə edə bilərik:

İşə saldığımız zaman avtomatik hesablayaraq, bu nəticəni çap edəcək:

Seçdiyimiz hər hansı bir IDE-də bu kodu işə salmaq üçün onu ilk öncə yaddaşa veririk (Ctrl + s) və sonra işə salırıq, yəni run edirik. Bunu IDE-nin özündə olan Run funksiyası ilə etmək olar (yaxud Shift + F6 qısayolu ilə).
Java-da işləyən, run edilən hər bir kod sətri sinif daxilində olmalıdır. Nümunəmizdə sinfi NewProgram adlandırdıq. Bir sinif adı həmişə böyük hərflə başlamalıdır. Sinfin içində qoyulan { } işarələri isə kodun başlanğıcını və sonunu bildirir. Bütün kodlar bu işarələr arasında yazılmalıdır. Hər bir sinfin bütün kodları bu işarələr arasında yazılır, eynilə hər bir metodun da bütün kodları { } içində yazılır. Bu zaman metodun kod bloku sinfin kod bloku arasında olmalıdır. Yəni nə kod yazırıqsa, yazaq, mütləq şəkildə sinfin { } işarələri arasında olmalıdır, sinfin blokundan kənarda kod yaza bilmərik. Metodlar da mütləq siniflərin içində təyin olunur, sinifdən kənarda metod yazmaq olmaz. Həmçinin, yadda saxlamaq lazımdır ki, hər bir kod sətri ; işarəsi ilə bitir. Bu işarə qoyulmayan kod sətri tamamlanmamış hesab olunur və bu işarə qoyulmadıqda kod xəta verir.