Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Fərid Babayev
  • Hansı "Medium" məqalələrini oxuyaq ?!
    Fərid Babayev
  • 291 Views
  • 13.02.2024
  • 3 min read

Hansı "Medium" məqalələrini oxuyaq ?!

Hansı "Medium" məqalələrini oxuyaq ?!

Hansı "Medium" məqalələrini oxuyaq ?!

Təxminən 10 il əvvəl bizi maraqlandıran mövzular barəsində resurs tapmağa çətinlik çəkirdiksə,müasir dövrdə müxtəlif onlayn platformalardan istənilən sayda məlumat əldə edə bilirik ki,bu da inkişaf nəticəsində əldə etdiyimiz üstünlüklərdən biridir. Həmin platformalardan biri də məşhur “Medium” platformasıdır.

“Medium” platforması müxtəlif mövzularda məqalələr yazmağa və ya həmçinin oxumağa maraqlı olan  istifadəçiləri bir araya toplayan onlayn tətbiqdir.Qeyd edim ki,tətbiqin həm veb həm də mobil versiyası  mövcuddr.Sadəcə qeydiyyatdan keçməklə  istifadəçilər arasında yer ala bilərsiniz.

Lakin,yuxarıda qeyd etdiyimiz üstünlüyün özü ilə bərabər gətirdiyi problemlər də mövcuddur.Bu qədər resurs arasından mövzu və ya maraqlarınıza uyğun olan kontenti əldə edə bilmək.Təbii ki,bununla bağlı ya həmin resursdan istifadə etmiş şəxslərdən məsləhət ala,ya da həmin resursa vaxt sərf etməklə istifadəçi özü məlumat əldə edə bilər.Lakin,sonda nəticə heç də hər zaman ürəkaçan olmur,yəni  istifadəçi istədiyi kontentin həmin resursda olmadığını görür,amma artıq vaxt itirmiş olur.

Bəs bu problemin qarşısını əvvəlcədən necə ala bilərik ?

İzahı həm özümün istifadə etdiyi,həm də qeyd edəcəyim üsülları tətbiq etdiyim “Medium” platformasından verəcəm.

“Medium” platformasında oxumaq istədiyiniz məqalələrə aşağıdakı filterləri tətbiq edərsiniz, əlavə vaxt və keyfiyyətli resurs qazanmış olarsız.1.Müəllif seçimi:Yönəldiyiniz sahənin peşəkarlarının yazısını oxumaq və onların təcrübələrindan faydalanmaq əldə edəcəyiniz ən yaxşı resurslardan bir ola bilər.Platformada məqalələr oxuduqda ilk öncə müəllifə diqqət etmək,tətbiq edəcəyiniz ən önəmli filterlərdən biri olmalıdır.Müəllif seçimi ilə bağlı “Linkedin” və ya “ChatGPT”-dən dəstək almaqda fayda var.2.Oxuma vaxtı:Məqalələrdə qeyd olunan “5 min read”,”10 min read” nə demək olduğunu bilirsiniz ?Bu,həmin məqaləni oxumaq üçün sərf edəcəyiniz ortalama oxuma vaxtını göstərir.Həmin vaxtın çox olması isə məqalənin detallı yazıldığını göstərən faktorlardan biridir ki,bununla da həmin resursdan maksimum faydalanmış olarsız.3.Üzvlük abunə:Platformaya aylıq 5$ ödəyərək,ödənişli üzvlük əldə etsəniz,sırf üzvlər üçün nəzərdə tutulmuş yazıları oxuya bilərsiniz ki,keyfiyyətli resursların bir çoxu bu tip icazədə özünü əks etdirir.Həmçinin,bu üzvlüyü əldə etməklə,platformada yazılarını oxuduğunuz şəxlərə dəstək də etmiş olursunuz.4.Alqış və koment sayı:Məqaləyə daxil olduqda ilk başlarda həmin məqaləni oxumuş şəxslərin etdiyi alqış(clap) və koment sayını görə bilərsiniz.Təbii ki,bu sayınçox olması kontentin maraqlı və müzakirə olunan mövzu olmasında xəbər verir ki,bu həm də sizin diqqətinizi çəkə bilər.Son olaraq qeyd edim ki, qeyd olunan texnikaların birinin tətbiqi bəzən istənilən effekti vermir,ona görə tövsiyyə edərdim ki, bir neçəsini birlikdə tətbiq edib,filterləmə edəsiniz. 

Xoş mütaliələr.

Other posts

"Slack" nəyi fərqli edirdi ?

"Slack" nəyi fərqli edirdi ?

  • 284 Views
  • 16.02.2024
  • 1 min read
"Storytelling" nə qədər önəmlidir ?! ...
Public
More
kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.