Bu keçməyən ağrılardır, deyirdim,
Sənə keçdi, mən sağaldım, bax indi.
Kəfənində düymə yoxdur açmağa,
Bürüyübdü əl-qolunu ağ indi.
Torpağın da səbri darmış, bilmədin.
Külüng çalsan, o daşarmış bilmədin.
Bir qəbrlik səbri varmış.bilmədin,
Al ahımı, göz yaşımı , dərdimi
Tədarük et öz çiyninə yığ indi.
Aldıqların verdiyindi, götür sən,
Özünçün də solmuş çiçək bitir sən.
Yağış olsan bu dağlara xatir sən
Öz qəlbinin dağlarına yağ indi.
Atlaz Rzayi