Kofe Al
  • Creators
  • Blog
  • FAQ
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
  • Sign in Join now
Kofe Al
  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский

Do what you love, gain support from your audience!

  • en English
    • en Azərbaycan
    • en Türkce
    • en Русский
    • Creators
    • Blog
    • FAQ
Sign in Join now
Follow us
Tunar Məcidov
  • Fəlsəfi məqalə.
    Tunar Məcidov
  • 62 Views
  • 20.05.2025
  • 4 min read

Fəlsəfi məqalə.

Varoluş fəlsəfəsi ilə bağlı bir neçə fikri cəmləşdirib yazdığım ilk yazımdı. Fəlsəfi biliyiniz varsa, Fəlsəfə ilə maraqlanırsınızsa sizin üçün faydalı ola bilər. Bu yazıda bəhs olunan fikir cəminə X adını verdim. Oxuduqca, ətraflı anlayacaqsınız. Yazının birinci hissəsi və ilkin nümayişidir.

Fəlsəfi məqalə.

İlk və Sona Ən Yaxın: X KonseptiVara biləcəyimiz müəyyən bir nəhayət var. Və bu, həqiqətdir.Həqiqət “nəğmə”sində oynaya biləcək gücə sahib olmalı insan. Ən böyük ayinləri etməli, Tanrısını öldürdüyü kimi, yenidən diriltməlidir – amma bu dəfə özgə üçün yox, özü üçün.Ən insanca insan: Tanrıya ehtiyacı olmayan, içindəki uçurumla barışan, güclü olan.Budur: insan.X Konsepti bu insanın konseptidir. Kainatla bir olan, amma onunla əriyib itməyən insanın.2. Hissə – Varoluşun MənzərəsiTarix boyu insanın dəyişməyən tək halı – fərqindəlik və nəticəsində doğan boşluqdur.“Niyə varam?” – bu sual cavabsız qaldıqca insan varoluşunun sərhədində dolaşır.Absürd, bizə Tanrının susqunluğunu göstərir.Yalnızıq. Və məhz bu yalnızlıqda davam etmək seçimi doğulur.İnsanın əsl mənzərəsi budur: sual verən, cavabsız qalmağı seçən və yenə də davam edən.3. Hissə – Tanrı, Dinlər və Gerçəklik (davamı)İnsan Tanrını yaratdı – qorxularına, bilinməyənə, ölümə cavab tapa bilmədiyi üçün.Dinlər, bu qorxuların sistemləşdirilmiş formasıdır. Onlar insanın daxili boşluğunu doldurmaq üçün var oldu. Amma bu doluluq yalancı bir sakitlikdi.Hər dövr öz Tanrısını doğurdu və hər Tanrı bir dövrün sonunu gətirdi.İnsan, bir zamanlar Tanrıya səcdə etdi. Sonra onu öldürdü. İndi isə bu ölüyə inancını davam etdirir.Əgər Tanrı ifadə olunmaz bir varlıqdısa, ona dair bütün danışılanlar əslində bir sükut olmalı idi.X insanı üçün artıq yeni bir Tanrıya ehtiyac yoxdur. Gerçəklərin içində gerçəkləri oynaya bilən bir insan, Tanrıya yox, öz daxili zərrəsinə yönələr.Həqiqət artıq göylərdə deyil – içimizdədir. Bizə düşən isə onu kəşf etməkdir.4. Hissə – Güc İstənci və X İnsanıGüc istənci – hər canlının içində olan yaşamaq ehtirası. Nietzsche bunu bir fəlsəfi prinsipə çevirdi. Amma bu istək bəzən özümüzə qarşı yönəlməli olur.X insanı – güc istəncini yalnız dünyaya qarşı deyil, həm də öz varlığına qarşı istifadə edəndir.Bu insan:Öz instinktlərinə qarşı uyanıqdı.Daxili labirintlərində qorxmadan gəzir.Fikirlərini sistemə deyil, içindəki xaosa uyğun qurur.İnanmaq üçün deyil, anlamaq üçün yaşayır.X insanı nə ilahi bir varlıqdır, nə də yeni texnoloji tanrı. O, sadəcə “insan”dır.Amma bu sadəlik onun ən mürəkkəb halıdır.O, həyatın absurdluğunu dərk edir. Amma yenə də davam etməyi seçir. Çünki bu davam – onun əsl gücüdür.“Yaşamaq bir inad ola bilər” deyən insan – X insanıdır.5. Hissə – Mədəniyyət, İnkişaf və Nə EtməliyikMədəniyyətin başlanğıcı – insanın təbiətdən ayrılması ilə başladı. Qayalardakı rəsmlər, ilk miflər, dilin yaranışı – bunların hamısı insanın artıq heyvani instinktlərlə kifayətlənmədiyini göstərirdi.O, artıq “nə üçün yaşayıram?” deyə soruşurdu. Mədəniyyət bu sualın cavabını yaratmağa çalışan bütün cəhdlərin adıdır.Əvvəlcə sadə idi – əfsanələr, qəbilə ayinləri, təbiətlə bir ritmdə yaşamaq...Sonra şəhərlər quruldu, dinlər formalaşdı, elm yarandı. Mədəniyyət inkişaf etdikcə insan təbiətdən daha da uzaqlaşdı. Artıq instinktlərlə yox, sistemlərlə yaşayırıq.İndi isə mədəniyyət öz zirvəsində özünü inkar etməyə başlayıb.Bugünkü mədəniyyət – informasiya xaosu, fərdi tənhalıq və texnoloji sərxoşluqla doludur.Məlumat var, amma anlam yox.İnkişaf var, amma istiqamət yox.İnsan var, amma insanlıq – parçalanmışdır.Mədəniyyətin sonu – insanın özünü tam şəkildə süni aləmə həvalə etməsi ilə baş verir.Biz artıq duymaq yerinə izləyirik. Yazmaq yerinə “reaksiya” veririk. Yaşamaq yerinə simulyasiya edirik.Mədəniyyətin bu halı, insanı tədricən unudulmağa aparır.X insanı necə yaşayar?X insanı – mədəniyyətin ortasında dayanıb, ona kor-koranə uymayan insandır.O:Gözəgörünməyən sistemlərin içində öz ruhunu qorumağa çalışar.Duymağa, düşünməyə, yazmağa davam edər.Tükənmiş mənaların yerinə yenilərini qurmaz – susqunluq içində onları aşar.

Other posts

kofe.al

We are always looking for talented and creative people. Don not hesitate to introduce yourself!

Features
  • Donations
  • Membership
  • Shop
  • QR codes
  • Integrations
Integrations
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • About us
  • Terms
  • Privacy policy

Copyright © 2025 a BONPARA project. All rights reserved.