Səhəri Füzuli səngərlərində açdıq.Yüngül səhər yeməyindən sonra asta-asta yol aldıq. İrəliləyirdik Seyyid Əhmədli Bunkeri istiqamətində.Bataqlığı keçəndən sonra Kor güllələrin atışını gördük..Dərhal bir yerə sığındıq.Havadan və artilleriyadan ön istiqaməti vurdular.Yunis yanımdan keçəndə “Əli abi,gəlmirsən?” “gəlirəm,qaqaş"dedim...Cavidan,mən,Kənan və Səbuhi qoşulduq gedən dəstəyə.Bu zaman vurulan səngərdən bir toz-duman qalxdı.Bu çox rahat və aydın görünən məsafədə idi.Elə bildim bizim uşaqlar oranı vurdular.Sən demə RPG-7 ( Qumbaratan) ilə bizi hədəfə alıb atəş açdı,şərəfsizlər..Onun toz dumanı imiş...Qumbara düz solumuza düşdü. Kino kimi bir kadr idi. Hər kəs əyildi.Bu zaman Avtomatla kor-koranə bizə tərəf gülləni səpələdilər.Sürünə-sürünə təhlükəsiz mövqeyinə çəkildik.Bu zaman sanitarımız yaralandı.Düşünün düz relyefdir,çox az çökük yer var.Orada düm-düz uzanmışıq.Hərəkət etmirsən ki,tərpənəni vururlar.20 adam sıra ilə uzanıb.Kor güllə düşmənə yaxın olmayan,arxadan birinə dəyir.Bu zaman Rəsul aldı yoldaşımız da yaralandı.Bu şəkil həmin günün şəklidir. Г formasında ərazidə bir dəstəmiz sağda qaldıq bir dəstəmiz solda.Yenidən düşmənin mövqeyi Hava Hücumu ilə dağıdıldı.Sağımızda qalan böyük dəstə düşmən üzərinə hücuma keçən zaman-Təqribi bu metodla döyüşürlər ( Video Şərhdə)-yoldaşlarımıza PK güllələri ilə səpələdilər...Gözümüzün önündə dostlarımız yaralandı....Yunis də onların arasında idi..Bilmirdik kim sağdı,kim yaraladı...Heçnə etmək mümkün deyildi.Təpənin üzərinə qalxan dəstəni atəşə tuturdular...Yunisin dediklərinə görə düz axşam saatlarına kimi tərpənməz vəziyyət qalıblar.Hərəkət edənə atırdılar.Yunis heç yarasını sarımağa imkan tapmayıb.Sadəcə havanın qaralanmasını gözləyirsən. Hava soyuyur,qan gedir üşüməyə başlayırsan.Yunis yaralandığı anı danışır:-Әli abi,sәn deyirdine şәhid ağrı-acı hiss etmәdәn bu dünyadan köçür,yaralananda gördüm çox incidir,dedim onda sağam hәlә.Kənanla bir-birimizdə yapışaraq,silahın ipi ilə uşaqları bataqlığın içindən çıxardıq.Düşünürsünüz nə mənim elə gücüm var,nə də Kənanın.Amma,dostları çıxartmaq lazımdır insana inanılmaz inam və güc verir.Uşaqları Sakit mövqeyə gətirəndən sonra Kənanla yaralı daşımağa qaçdıq. İlahi yaralıların sayı-hesabı yoxdur. Hamını sanitarkaya çatdırmaq lazım...İşin bir yaxşı tərəfi var ki, uşaqlar yaralansa da həqiqətən öz ayaqları üzərində getməyə çalışır.Özünü sənə yük etməmək üçün hər şey edir.Gözüm yaralılar içində elə hey Yunisi axtarır...Dayanmadan yaralı gətiririk.Amma,Yunisdən xəbər yox idi.Vәziyyәti ağırlaşıb sanitarkaya mindirәn dә halsız vәziyyәtdә "Әlini tapın mәni gәlib aparsın" deyibmiş.Mən onu axtaran zaman,o da məni axtarırmış.Artıq, yəqin şəhid oldu,düşünürdüm. Kazımov Kənanla görüşəndə dedi ki,Yunisi mən apardım,yaxşıdır.İnşallah sağ-salamat hospitala çatdırarlar. İnşallah hər şey yaxşı olacağını düşündüm.Su-qan tər içində gecə 3-4 olardı stressdən bir yerdə yumalanıb yatmağa başladım.
— Füzuli Rayonu'da.Yunisin ayağının yarası
Taborun qәrargah Rәisi mayor Tağıyev da bu gün yaralanmışdı